Kokpit.az xatırladır ki, McLaren-in builki maşını yüksək sürətli döngələrdə yaxşı olsa da, Mayamiyə gələn yeniliklərdən sonra bolidin işləməsi dəyişib və bolid yavaş döngələrdə daha sürətli görünüb. Buna görə də “narıncılar”ın Barselonada göstərəcəyi performans hamı üçün müəmmalıdır.
Oskar Piastri: “Məncə, hələ də özümüzə güvənə bilərik. Sürətli döngələrdə zəif olduğumuzu deyə bilmərəm. Sadəcə rəqiblərimizi bizə çatdılar. Əminəm ki, önlərdə olacağıq. Red Bull-un Barselonada daha güclü olacağını düşünürəm, amma yenə də əminəm ki, mübarizənin içində olacağıq.
McLaren Mayamidən bəri aşağı sürətli döngələrdə inkişaf etsə də, əvvəlcə bu inkişafın niyə bu qədər çox olduğunu anlamamışdılar.
Komandanın rəhbəri Andrea Stella: “Üzərində işlədiyimiz bəzi şeylər bolidin aşağı sürətli döngələrdəki performansını artırdı. Ancaq bu barədə məlumat verməyəcəyik, çünki rəqiblərimiz bunu təhlil edə bilərlər. Məncə, gördüyümüz işlərin nəticə verməsi çox vacibdir, çünki inkişaf qrafikasında hələ sona gəlməmişik. Görə biləcəyimizi çox iş var. Bu mövsüm və gələn il üçün daha çox yenilik etməyə fokuslanmışıq”.
McLaren komandası son üç yarışda 116, Red Bull 106, Ferrari isə 101 xal toplayıb.
Oskar Piastri: “Məncə, hələ də mübarizənin içindəyik. Deyəsən Kanadada ən çox alı biz topladıq. Çox olmasa da, bizim üçün çox vacib nəticə idi. Son yarışlarda ikimiz də çox stabil idik. Məncə, fərqli traslarda güclüyük. Hələ düzəltməli olduğumuz şeylər var. Kiçik şeylərdən danışırıq, amma çempionluq uğrunda mübarizə apararkən kiçik şeylər böyük fərqlər yaradır.
Buna görə də çətin olacaq, çünki Red Bull bizdən bir az öndə başlayır. Hazırda Ferrari-dən nə qəqər geridə qaldığımızı bilmirəm, amma onlardan daha yaxşı xallar qazandığımız dəqiqdir. Bu səbəbdən mübarizənin içində olduğumuzu düşünürəm. Ancaq çempion olmaq üçün mövsümün ikinci hissəsində doğrudan da çox işləməliyik”.
Şərh əlavə et