Kokpit.az xatırladır ki, Niko Hülkenberq gələn il Haas-dan ayrılaraq, Sauber komandasına keçəcək. Bəzi iddialara görə Amerika təmsilçisi Kevin Maqnussenlə də yollarını ayırmaq istəyir.
Əslində danimarkalı sürücününü Haas ilə olan müqaviləsi ilin sonunda başa çatacaq. Komandanın rəhbəri Ayao Komatsu isə bildirib ki, başqa sürücüləri dəyərləndirməklə məşğuldur.
Ayao Komatsu xüsusən də Esteban Okonla maraqlanır: “Məncə, o həm gəncfir, həm də bizə yön verəcək təcrübəyə sahibdir. Yəni ki, komanda üçün həyəcanverici bir sürücüdür. Hazırda Formula 1 sürücülərinin əksəriyyəti ilə, təcrübəli və bəzi gənc sürücülərlə danışıram. Okon ciddi formada düşündüyüm bir neçə pilotdan biridir”.
Əgər Esteban Okon Haas komandasına keçsə, bu Kevin Maqnussenin karyerasının sonlanacağı deməkdir.
Kevin Maqnussen: “Bunun reallaşma ehtimalı var, amma mən Formula 1-də qalmaq istəyirəm. Hazırda fikirləşdiyim tək şey budur. Bu ehtimal yox olana qədərbuna fokuslanacağam. Nə olursa-olsun bu mərhələdə mübarizə aparacağam”.
Danimarkalı sürücü son dəfə İMSA SportsCAr seriyasında Chip Ganassi Racing komandası ilə yarışmışdı.
Kevin Maqnussen gələcəyi ilə bağlı dedi-qoduların ona təsir etməsinə icazə vermir. O, pozitiv qalır və Haas üçün yenə də əlindən gələnin ən yaxşısını etməyə çalışır: “Çətin anlarda pozitiv qalmaq və sakit olmaq ən önəmli şeylərdən biridir.
Keçmişdə daha gənc olanda bəzi şeylər üçün daha çox stress yaşayırdım, amma indi bunlar barədə düşünmürəm və maşında əlimdən gələnin ən yaxşısını etməyə çalışıram”.
Şərh əlavə et