Culian Cekobi: “İntuisiyası ona 1994-cü ildən əvvəl Williams-a getməyi demişdi, lakin o, Honda-nın prezidenti Kavamotoya sadiq qaldı. Münasibətləri yaxşı idi, çünki Ayrtonu məhz Honda 1988-ci ildə komandaya gətirmişdi və birlikdə 3 titul qazanmışdılar. Yadımdadır, Senna 1991-ci ildə son titulu qazandıqdan sonra mühərriyin əvvəlki kimi olmadığını hiss etdi və gələcəyi barədə narahat oldu. Həmin il Spadakı yarışa 2 müqavilə ilə gəlmişdim – McLaren və Williams-ın. Hər şey hazır idi və sadəcə imzalaması lazım idi. O, bilirdi ki, Williams-a keçmək doğru addımdı və mən də bazar günü səhər bunu edəcəyini gözləyirdim.
Ancaq yarışdan bir gün əvvəl Kavamoto ilə danışdı və səhər mənə bildirdi ki, daha bir il komandada qalacaq. Beləliklə, Ayrton 1992-ci ili də McLaren-də keçirdi. Williams-a keçməyi seçsəydi, yəqin ki, Naycel orada olmayacaqdı. Lakin, McLaren-də qalmağı seçdi və Mənsell çempion oldu”.
Şərh əlavə et