Kokpit.az xatırladır ki, Estaban Okon Monako yarışının startında Pyer Qasli ilə təmas yaşamış və bundan sonra Alpine komandası Esteban ilə yollarını ayırmaq qərarına gəlmişdi.
Bruno Famin bildirib ki, ehtiyat sürücü Cek Duhəni komandada yarışdırmağı düşünürlər. Avstraliyalı sürücü keçən il Formula 2 Çempionatında üçüncü yeri tutduqdan sonra yarışlara bir il fasilə vermiş və köhnə alpine bolidləri ilə test proqramına qoşulmuşdu.
Bruno Famin: “Cek qətiliklə çox yaxşı seçimdir. Onu hazırlayırıq. Qısa müddət əvvəl Avstriyada test edirdi və çox ağır test proqramı var. Ondan çox razıyıq. Görək işlər necə gətirir”.
Esteban Okon isə bildirib ki, Monako Qran Prisindən sonra Bruno Faminlə münasibətləri pozulmayıb: “Bruno ilə danışdım. Həftəsonundan əvvəl normal hazırlıq üçün bazaya getmişdim. Onunla söhbət etdik və çox şey barədə danışdıq. Aramızda qəribə hal olsa da, münasibətimiz heç pozulmayıb. Yolumuza davam edirik və əlimizdən gələnin ən yaxşısını etmək üçün davamlı işləyirik”.
Şərh əlavə et