Kokpit.az xəbər verir ki, Beynəlxalq İdman Məcəlləsinin yenilənmiş versiyasında indi bu vəziyyət belə təsvir olunur: “Sürücü Formula 1 yarışında ilk dəfə start alarkən ən azı 18 yaşında olmalıdır. Lakin FİA-nın qərarına əsasən, sürücü son zamanlarda və ardıcıl olaraq təkoturacaqlı maşın yarışlarında üstün qabiliyyət və yetkinlik nümayiş etdirərsə, 17 yaşında super lisenziya əldə edə bilər.
Federasiya eyni zamanda F1 üçün super vəsiqəyə müraciət zamanı sürücülük vəsiqəsinin olması tələbini də ləğv edib. Bu qərarlar Kimi Antonelliyə F1-də yarışmaq üçün yaşıl işıq yandırıb. Çox güman ki, o, bu mövsüm Williams-da Loqan Sarcenti əvəzləyəcək, gələn mövsüm isə Mercedes-də Lyuis Həmiltondan boşalan yeri dolduracaq…
Şərh əlavə et