Xəbəri Kokpitdə Oxuyun!

Ferrari prosesi sürətləndirəcək

Kanadada iki sürücüsü ilə də xalsız qaldıqdan sonra İspaniya Qran Prisi üçün inkişaf planını sürətləndirib və asdaltayatma qüvvəsini artırmağa köklənib.

Kokpit.az xatırladır ki, Ferrari Kanadada iki sürücüsü ilə də xalsız qalıb. Bununla da Maks Ferstappen çempionatdakı əsas rəqibi Şarl Leklerdən 25 xal uzaqlaşıb və indi araşadakı fərq 56-dır. Mühəndisklər Kubokunda da Red Bull ən yaxın izləyicisi Ferrari ilə fərqi 49-a yüksəldib.

Buna görə də Ferrari hər iki cəbhədə də mübarizə aparmaq istəyirsə, daha böyük addımlar atmalıdır. Bu səbəbdən “qırmızılar” inkişaf proqramını sürətləndirmək istəyirlər.

Ferrari komandası Britaniya Qran Prisi üçün yeniliklər gətirməyi planlaşdırırdı. Lakin “qırmızlar” bu yenilikləri İspaniya Qran Prisinə çardırmaq üçün prosesi sürətləndirib.

İtaliya mətbuatı bu barədə belə yazıb: “Atılan addımlar hesabına həm Lekler, həm də Sayns İspaniyada yeniliklərdən həzz alacaqlar. Növbəti həftə buna görə də çox vacib olacaq. Təsdiqlənən modelin istehsalı 7-8 həftə çəkir. İndi isə nu detalları daha tez almağa çalışırlar”.

Komandanın rəhbəri Frederik Vassyör də Ferrari-nin inkişafı sürətləndirəcəyi barədə ipucları verib: “Düzünü desəm, inkişafı sürətləndirməli vəziyyətdəyik. Üç komanda 0.1 saniyənin içindədir. Buna görə də yenilikləri bir yarış tez gətirsək, liderliyə yüksələ bilərik. Buna görə də sürətlə iş görmək vacib olacaq”.

Rauf Hacıyev

Şərh əlavə et