Xəbəri Kokpitdə Oxuyun!

Mercedes İspaniyaya yeni altlıq gətirəcək

Mercedes komandası İspaniya Qran Prisi üçün yeni bir altlıq hazırlayıb. 

Kokpit.az xatırladır ki, Mercedes komandası Kanadada yaxşı həftəsonu keçirib. Onlar sıralanma turunda poul, yarışda isə podium qazanıblar.

Komanda Monrealda yeni ön qanada keçib və bununla da bolidin balansını tapıbdır. İndi isə komanda İspaniyaya yeni altlıq daxol olmaqla müxtəlif yeniliklərlə gələcək.

Toto Volff: “İmoladan bəri qətiliklə doğru addımları atdığımızı və maşında yaxşı işləyən bəzi yenilikləri qpyduğumuzu düşünürəm. Son illərdə bu sahələrdə çətinlik çəkirdik. İndi isə hər həftəsonu performansımız yaxşılaşır. Barseloanda bizə kömək edə biləcək yeniliklər gəlir. Buna görə də müsbət gedişatı davam etdirəcəyimizə ümid edirəm.

Bəzən xarici detallar ya da ön qanad kimi görürnən detallar gətirəndə əksəriyyət düşünür ki, bu detallar performansı yaxşılaşdırıb. Ancaq son 3 yarışda daha çox performans gətirən detalların bəziləri görünən, bəziləri isə görünməyən şeylərdir.

Məncə, bu müsbər haldır. Bazada çox işlədik və buna görə də işlər yaxşılığa doğru getməyə başladı”.

Rauf Hacıyev

Şərh əlavə et