Xəbəri Kokpitdə Oxuyun!

K.Maqnussen: Pitə tez gəldik

Haas komandasının sürücüsü Kevin Maqnussen bildirib ki, pitə çox te gəliblər. 

Kokpit.az xatırladır ki, danimarkalı sürücü yağış təkərləri ilə başlayıb və ilk dövrələrdə bu təkərlərlə hamıdan sürətli olaraq, 4-cü yerə qədər yüksəlib. Lakin sonradan tras quruduqca bu təkər işləməməyə başlayıb və Maqnussen tez pit-stopa girib. Ancaq bu anda Haas komandasının mexanikləri hazır deyildi və Kevin burada 6 saniyədən çox vaxt itirib. Buna görə də yarışın sonunda xal qazana bilməyib.

Kevin Maqnussen: “Startda yaxşı görünürdük. 

Yaş trasda düzgün seçim etdik, amma deyəsən pitə çox tez gəldik. Üstəlik pitimiz çox yavaş oldu. Yəni orada düşündük ki, bir fürsətimiz var, amma bundan heç nə qazana bilmədik. Məncə, doğru olduğunu düşündüyümüz şeyi etdik. Dəlisov qumar oynamağa çalışmadıq. Verdiyimiz qərarlar yaxşı görünürdü. Buna görə də startda düzgün hərəkət etdiyimizi düşünürəm, amma daha sonra işlər düzgün getmədi. Amma ən azından bəxtimizi sınadıq”.

Rauf Hacıyev

Şərh əlavə et