Kokpit.az bildirir ki, meksikalı sürücü Kanada yarışının 53-cü dövrəsində yaş sahəyə çıxdığı üçün bariyerlərə çırpılıb. Bundan sonra onun arxa qanadı qırılıb. Lakin komandası ondan pitə gəlməsini istəyib. Belə olan halda isə Peresin maşınından ətrafa qırıntılar saçılıb. Buna görə də FİA Serxionu araşdırmağa başlayıb. Bundan sonra stüardlar qərara gəliblər ki, Peres və Red Bull qaydaları pozublar və meksikalı sürücüyə İspaniyada 3 yer itirmək cəzası, Red Bull komandasına isə 25 min avro pul cəzası veriblər.
Red Bull komandası bildirib ki, təhlükəsizlik maşınından qaçmaq üçün Peresi pitə çağırıblar. Qəza olan zaman Ferstappen ən yaxın rəqibi Lando Norrisi 5 saniyə qabaqlayırdı. Lakin Peresin qəzasından sonra Karlos Saynsla Aleks Elbon insident yaşayıblar və trasa təhlükəsizlik maşını girib.
Şərh əlavə et