Xəbəri Kokpitdə Oxuyun!

L.Norris: Təhlükəsizlik maşını mənə əngəl oldu

McLaren komandasının sürücüsü Lando Norris bildirib ki, təhlükəsizlik maşını ona əngəl olub.

Kokpit.az xatırladır ki, britaniyalı sürücü yarışa 3-cü yerdən başlasa da, qurumaqda olan trasda həm Maks Ferstappeni, həm də Corc Rasselli geridə qoyaraq liderliyə yüksəlib.

Lakin yarışın 23-cü dövrəsində Loqan Sarcentin qəzasına görə trasa təhlükəsizlik maşını daxil olub və bundan sonra Lando Norris bir dövrə gec pitə gedərək, 3-cü yerə geriləyib. Buna baxmayaraq, gənc sürücü yekunda 3-cü yeri tutub.

Lando Norris: “Əsl xaos idi. Hadisələrdən bol yarış oldu. Düzünü desəm, startdan finişə qədər yaxşı yarışdığımı hiss etdim. Birinci dəst təkərlərlə güclü idim. Əla sürətim var idi. Amma sonra təhlükəsizlik maşını mənə əngəl oldu. Eynilə Mayamidə mənə kömək etidiyi kimi mənə əngəl oldu…

Düzünü desəm, mənim üçün əla yarış idi. Sadəcə bir az bəxtim gətirmədi. Amma vəziyyət belədir. Çox əyləncəli idi.. Belə şərait maşında olanda stressli, eyni zamanda həzz vericidir.

İlk təkərlərdə 10-12 saniyə öndə idim. Hər dövrəyə böyük ehtimalla 2-3 saniyə fərq atırdım. İşlər əla gedirdi və təbii ki, Monrealda həmişə yarışda bir şey baş verir. Amma yaxşı idi. Maksı təbrik edirəm. Yaxşı yarışdı və səhv etmədi. Çox əyləncəli idi. İkinci yeri tutduğum üçün xoşbəxtəm. Komanda üçün yaxşı xallar qazandıq. Bizim üçün yaxşı həftəsonudur. Liderə yaxınıq. Yenidən bu qədər yaxın olmaq və podium qazanmaq gözəldir. Buna görə də mübarizəyə davam edəcəyik”.

Rauf Hacıyev

Şərh əlavə et