Xəbəri Kokpitdə Oxuyun!

C.Rassell: Fürsəti əldən qaçırdıq

Mercedes komandasının sürücüsü Corc Rassell bildirib ki, fürsəti əldən verib.

Kokpit.az xatırladır ki, britaniyalı sürücü yarışa pouldan başlasa da, qurumaqda olan trasda uçmağa başlayan Lando Norrisin hücumlarına tab gətirə bilməyib və eyni dövrə ərzində Maks Ferstappen tərəfindən də keçilərək, üçüncü pilləyə geriləyib. Corc yarışın qalan vaxtında bir ara ikinci yerə yüksəlsə də, yekunda üçüncü olaraq, mövsümdə ilk podiumunu qazanıb.

Corc Rassell: “Bu fürsəti əldən verdik. Startda yağış təkərlərində doğrudan da sürətli idik. Daha sonra arxadan Lando gəldi. Quru təkərlərində isə bir neçə səhv etdim. Limitlərdə sürdüm və bunun cəzasını çəkdim. Yenə də mövsümün ilk podiumuna layiq idik. Bu həftəsonu doğrudan da sürətli maşınımız var idi. Qələbə üçün mübarizə aparmaq əyləncəli idi. Formula 1 belə şeydir və buna görə də yarışırıq.

Tempimizi var idi. Maks da güclü idi, amma yarışın sonunda Medium təkərləri götürəndə doğrudan da sürətli idik. Oskarı keçməyə çalışarkən etdiyim və Lyuisin məni keçməyinə səbəb olan o səhvə görə ikinci yerdən oldum. Bəlkə də növbəti dövrələrdə Maksla qələbə uğrunda mübarizə apara bilərdim. Ancaq bu həftəsonundan bəzi dərslər çıxaracağıq”.

Rauf Hacıyev

Şərh əlavə et