Xəbəri Kokpitdə Oxuyun!

Rəsmi: Tsunoda RB-də qalıb

RB Formula 1 komandası Yuki Tsunoda ilə olan müqaviləni 2025-ci ilin sonuna qədər uzadıb.

Kokpit.az xatırladır ki, Serxio Peres Red Bull-la müqavilə yenilədikdən sonra bu xəbər gözlənilən idi. Nəhayət RB komandası qısa açıqlama ilə Tsunodanın 2025-ci ilin sonuna qədər komandada qalacağını yayıb.

Yuki Tsunoda: “RB-də qalacağım üçün sevincliyəm. Gələcəyimə belə tez qərar verilməsi gözəl hissdir. Karyeramda belə önəmli rol oynayan və oynamağa davam edən Red Bull və Hondadakı hər kəsə təşəkkür edirəm. Hamının ortaya qoyduğum işi təqdir etməsi gözəldir.

Bu mövsüm çox inkişaf etmişik və bu mənə həmişə daha yaxşı işlər görmək üçün motivasiya verir”.

Tsunodanın komanda yoldaşı Daniel Rikkardonun gələcəyi isə hələ də müəmmalıdır. Komanda Liam Lousondan başqa namizədləri də bu yer üçün dəyərləndirir”.

Rauf Hacıyev

Şərh əlavə et