Xəbəri Kokpitdə Oxuyun!

L.Norris: Xoşbəxtəm

McLaren komandasının sürücüsü Lando Norris Kanadada sıralanma turunda üçüncü olduğu üçün çox sevinclidir. 

Kokpit.az xatırladır ki, britaniyalı sürücü Monrealda birinci sərbəst yürüşləri zirvədə tamamlamışdı. O, sıralanma turunda da formasını qoruyub və Corc Rasselllə Maks Ferstappendən 0.021 saniyə geridə qalaraq, ikinci olub.

Lando Norris: “Çox xoşbəxtəm. Hər şeydən əvvəl Rasselli təbrik edirəm. Bütün həftəsonu ərzində sürətli idi. Buna görə də ona və Mercedes-ə təbrik düşür. Üçüncü olduğum üçün sevinirəm. Belə yaxın olanda düşünürsünüz ki, bir az da yaxşı nəticə qazana bilərdim. Amma üçüncü yer bizim üçün yaxşı nəticədir. Buna görə xoşbəxt və yarış üçün həyəcanlıyam.

Monreal ən yaxşı traslardan biridir. Əksər hallarda düşünürsünüz ki, qəza edəcəksiniz, amma gözəl dövrə vurub üçlüyə düşmək gözəl hissdir”.

Rauf Hacıyev

Şərh əlavə et