Xəbəri Kokpitdə Oxuyun!

C.Rassell: İlk addımı atdıq

Mercedes komandasının sürücüsü Corc Rassell bildirib ki, Mercedes artıq ilk addımı atıb.

Kokpit.az xatırladır ki, britaniyalı sürücü 1.12.000 zaman nəticəsi ilə poul qazanıb. Maks Ferstappen də onunla eyni zaman nəticəsini göstərsə də, ilk dövrə vuran Rassel olduğu üçün poul Mercedes komandasının pilotuna gedib.

Corc Rassell: “Bu, doğrudan da inanılmazdır. Özümü çox yaxşı hiss edirəm. Bazada çox işlədik. Monakoda dediyimiz kimi ümid edirik ki, bu nəticə mövsümümüz üçün yaxşı başlanğıcdır. Bu hiss üçün darıxmışam.

Yarış üçün həyəcanlıyam. İlk addım tamamlandı, amma indi gözümüzü qələbəyə dikmişik.

Monakoya yeniliklər gətirdikdən sonra maşın əla işləyir. Hazırda doğrudan da mübarizənin içindəyik. Buna görə də yarışda bunu bacaracağıq”.

Rauf Hacıyev

Şərh əlavə et