Xəbəri Kokpitdə Oxuyun!

S.Peres: Düzgün vaxt seçməliyik

Red Bull komandasının sürücüsü Serxio Peres bildirib ki, Kanada Qran Prisi çətin keçəcək.

Kokpit.az xatırladır ki, meksikalı sürücü cümə sərbəst yürüşlərində 10-cu yeri tutub.

Serxio Peres: “Hava şəraitini nəzərə alsaq, çətin gün idi. Şənbə günü hər şeyi düzgün etməli olduğumuz sıralanma turu var.

İkinci sessiyada tras şəraitinin necə dəyiıdiyini gördük. Buna görə də düzgün vaxtda dövrə vura bilməsək, işimiz çətinləşəcək.

Boliddə dəyişdirməli olduğumuz şeylər var, amma nə edəcəyimizi bilirik. Hava şəraitini nəzərə alsaq, kimin daha güclü olduğunu demək çətindir. Əsl gücümüzü şənbə günü görəcəyik”.

Rauf Hacıyev

Şərh əlavə et