Xəbəri Kokpitdə Oxuyun!

Peking to Paris yarışı ilk dəfə Bakıdan keçəcək

Əfsanəvi Peking to Paris Rallisi ilk dəfə Azərbaycandan keçəcək.

Pekin-Paris Rallisi klassik avtomobillərin yarışıdır və ilk dəfə 1907-ci ildə təşkil olunub. 36 gün davam edən Yarış Pekində başlayıb, Parisdə başa çatır. Sürücülər bu marafonda  14 min 994 kilometr məsafə qət edirlər. Bu il bu yarış 8-ci dəfə təşkil edilir və burada ən köhnəsi 1914-cü il, ən yenisi isə 1975-ci il istehsalı olan maşınlar fərqli motor seriyalarında mübarizə apararırlar.

Yarış əslində 2019-cu ildə baş tutmalı idi, amma bəzi səbəblərə görə 5 il təxirə salınıb. Əfsanəvi Pekin-Paris yarışına mayın 18-də Çin Səddində start verilib və  açılış  1914-cü ildə Amerikanın istehsal etdiyi LaFrance avtomobili ilə edilib.

Yarışa Türkiyədən, İtaliyadan, ABŞ-dan, Fransadan, Britaniyadan, Avstriyadan, Almaniyadan, Danimarkadan, Niderlanddan, Meksikadan, Yeni Zellandiyadan iştirakçılar qatılıb. Marafona ilk 20 gündən sonra  Porsche 911 ilə çıxış edən danimarkalı Lars Rolner başçılıq edir. Onu Mat Brayson (Leyland P76) və Con Henderson (Volvo 144 DL) izləyir.

Yarşın 21-ci günü – iyun ayının 8-də – BŞH-nin təşkilatçılığı ilə Bakıda olacaq. Beləliklə, Bakı Şəhəri ilk dəfə bu tarixi ralliyə ev sahibliyi edəcək.

 

 

Rauf Hacıyev

Şərh əlavə et