Kokpit.az xatırladır ki, Maks Ferstappen ikinci sərbəst yürüşlərdə radiodan komandasına duman qoxusu aldığını deyib. Bundan sonra boksa gələn üçqat Dünya Çempionu üçün sessiya vaxtından əvvəl bitib.
Komanda bunun ERS problemi olduğunu və araşdırdıqlarını deyib. Niderlandlı sürücü yekunda 18-ci olub.
Maks Ferstappen: “Heyif ki, çox sürə bilmədik. Komanda hazırda araşdırdığı elektrik problemlərə görə pitə gəlməyimi istədi. Daha çox sürmək istərdim, amma ən vacib şey maşındakı problemi tapmaq və bunun bu həftəsonu ya da mövsümün geri qalanında bizə necə mane törədəcəyini anlamaqdır”.
Şərh əlavə et