Kokpit.az bildirir ki, FİA Kanada Qran Prisindən əvvəl tamamilə sintetik yanacaqlarla işləyəcək bolidlərin konseptlərini ilk dəfə yayımlayıb. Yeni maşınlar aktiv aero xüsusiyyətlərlə təchiz olunacaq və hazırkı Formula 1 maşınlarından 30 kiloqram yüngül olacaq.
Formula 1 2022-cci ildən bəri istifadə edilən 18 düyməlik disk ölçüsünü qoruyub. Ön təkərlərin eni 25 millimetr, arxa təkərkərin eni isə 30 millimetr azaldılacaq. Bunlara baxmayaraq maşınların ciddi formada ilişmə itirməsi gözlənilmir.
Yeni maşında aerodinamik ünsürlər də yenidən dizayn edilib. Daha dar ön qanaq və qaldırılan ön təkər asılqanları ilə kirli havanı azaltmaq hədəflənir. Saydpod quruluşu da bunlara görə dəyişəcək. Arxa tərəfdə isə bəsidləşdirilmiş qanad olacaq. Alt hissədəki yaylı qanad isə tamamilə ləğv ediləcək. Altlıq effektini azaltmaq üçün bolidlərdə düz altlıq və daha alcaq, ancaq güclü diffuzor olacaq. Maşının performansı da vacib formada dəyişəcək. Asfaltayatma qüvvəsi 30 faiz, sürtünmə 55 faiz nisbətində azaldılacaq.
Bununla da Formula 1 şassini yeni motor reqlamentinə uyğunlaşdırmaq və sürücülərin bir-birlərini daha yaxşı izləmələrini təmin etmək istəyir. Maşınlarda iki mərhələlli ön zərbə quruluşu və təkmilləşmiş yan zərbə qoruması daxil olmaqla önəmli təhlükəsizlik ünsürləri də olacaq. Monokok artıq 16G qüvvətə yox, 20G qüvvətə tab gətirəcək. Bundan başqa arxa qanaddakı işıqlar daha parlaq yanacaq.
FİA-nın təkoturacaqlı maşınlardan məsul şəxsi Nikolas Tombazis bu dəyişiklikləri inqilab olaraq adlandırır, amma düşünür ki, Formula 1-in quruluşuna mükəmməl formada uyğunlaşacaq: “FİA bu yeniliklərlə Formula 1-in genlərinə uyğun yeni maşınlar düzəltməyə çalışdı. Yüngül, çox sürətli, çevik, amma eyni zamanda texnologiyanın pikində olan maşınlar gəlir. Bunu əldə etmək üçün çevik maşın adını verdiyimiz konseptin üzərində işlədik. Daha yüngül, daha güclü və sürücülərin bacarıqlarına köklənən 2026-cı il FİA Formula 1 reqlamentində sürücülər arasında daha yaxın yarış təmin etmək, komandalar arasında rəqabəti artırmaq və şounu yaxşılaşdırmaq üçün dizayn edilib.
FİA-nın prezidenti Mohammed Ben Sulayem isə bunları əlavə edib: “Formula 1 ilə birlikdə məqsədimiz idmanın gələcəyi üçün doğru maşınları istehsal etməkdir. İnanıram ki, bu hədəfimizə çatmışıq”.
Formula 1-in 2026-cı il reqlamenti iyunun 28-də FİA-nın Avtoidman üzrə Ümumdünya Şurası tərəfindən təsdiqlənəcək.
Şərh əlavə et