Kokpit.az xatırladır ki, ispaniyalı sürücü ilin sonunda Ferrari-dən ayrılacaq. Onun adı Red Bull-la hallansa da, “qırmızı öküzlər” Serxio Pereslə yeni ikiillik müqavilə imzalayıblar. Lakin Kroft düşünür ki, Sayns növbəti il Williams-da Elbonla komanda yoldaşı olsa, keyfiyyətli mübarizə olacaq.
Devid Kroft: “Sayns Williams-a keçsə və Elbonla komanda yoldaşı olsa, Formula 1 şərhçiliyim dövründə Williams-ın ən güclü sürücü heyətini görəcəyik. Məncə, bu əla olar. Ceyms Vavls çox ilhamverici insandır. Mercedes-in strategiyasını uzun illər uğurla idarə etdi. İndi də öz strategiyası var. O bilir ki, heç nə bir gecədə olmur və bunun üçün vaxt lazımdır. Məncə, Aleks də 2026-cı il üçün Mercedes-in güc qurğusuna inanır.
Bəs Karlos Saynsı ala bilərlər? Bəli, ala bilərlər. Problem pul deyil. Bu mövzuda Karlos Saynsla danışdım və bir qərarı var: Audi ya da Williams.
Problem pul deyil. Hər şey Karlosun gələcəyini harada görmək istəməsindən asılıdır. Siz Formula 1-də olsanız, hansına inanarsınız? Formula 1-də olmasa da, keçmişdə avtoidmanda uğurlu olmuş, amma Formula 1-ə yeni gəlmiş bir layihəyə? Yoxsa Formula 1-də uğurlu olmuş, amma son illərdə çətin dövrlər yaşayan bir şirkətə?
Şəxsən mən Williams-a gedəcəyini düşünürəm. Çünki orada gələcəyini görəcək. Böyük ehtimalla hazırfa Williams komandasının gələcəyini görə bilmir, çünki onların izah edəcəyi bir şeyləri yoxdur. Sauber-i almadılar. Sadəcə güc qurğusu düzəldəcəklər. Sadəcə bu qədər”.
Şərh əlavə et