Kokpit.az xatırladır ki, McLaren komandası Mayamidə Norrislə qələbə qazanmış, İmola və Monakoda isə qələbəyə yaxın olmuş, amma ikinci yeri tutmuşdular.
Lando Norris: “Artıq növbədə Kanada var. Monrealda yarışmağı sevirəm. Çox çətin yerləri olan əyləncəli trasdır. Bu da onu daha da maraqlı edir.
Bolidimiz fərqli traslarda yaxşı performans göstərib, ancaq bilirik ki, bu uğurlu seriya Kanadada sona çata bilər. Böyük ehtimalla rəqiblərimiz orada bizdən daha sürətli olacaqlar.
Ardıcıl gələn İmola və Monako yarışlarından sonra bir həftə dincəlmək gözəl oldu. İkili podium qazandı və komanda üçün gözəl xallar topladıq. Keçən həftə bazamızda simulyatorda mühəndislərlə bir yerdə işlədik və faydalı sessiyalar keçirdik. Görək növbədəki yarışlarda nələr edə biləcəyik”.
McLaren komandasının digər sürücüsü Oskar Piastri isə bu barədə belə danışıb: “Monakodakı yarış doğrudan da çox xüsusi idi. Həftəsonunun üç günündə də xüsusi hiss etdim. Ayrton Sennaya həsr olunmuş rənglərlə podiumda olmağın tərifi yoxdur. Hazırda sürüş tərzimdən və son 3 yarışdakı stabilliyimdən razıyam. Komandanın çox iş görərək düzəltdiyi bu maşında istedadımı göstərdiyim üçün sevincliyəm. Ümid edirəm ki, Kanadada uğurlu seriyamıza davam edə bilərik, çünki ön tərəfdə gərgin mübarizə var. Hədəfimiz yaxşı nəticələr qazanmağa davam etməkdir”.
Şərh əlavə et