Xəbəri Kokpitdə Oxuyun!

F.Vassyör: Əhvalımız yüksəkdir

Ferrari komandasının rəhbəri Frederik Vassyör bildirib ki, Kanadaya böyük motivasiya ilə gəliblər.

Kokpit.az xatırladır ki, Ferrari Monakoda Şarl Leklerlə mövsümdəki ikinci qələbəni qazanıb.

Frederik Vassyör: “Mövsümün əvvvəlində Karlosun Avstraliyadakı qələbəsindən sonra Yaponiyaya böyük motivasiya ilə getmişdik. İndi də Şarlın Monakodakı qələbəsindən sonra Kanadaya eyni hisslərlə gedirik.

Monrealdakı tras Monakodan çox fərqlidir. Burada bəzi yavaş döngələr olsa da, ümumilikdə sürətli trasdır. Lakin burada yanaşmamızda heç bir dəyişiklik olmayacaq.

Texniki cəhətdən doğru yöndə addımlayırıq. Komanda körpüsündə strateji qərarlar alırıq. Komanda birlikdə çox yaxşı hərəkət edir. Ön tərəflə aradakı fərqi azalda bildik və McLaren-lə Red Bull-a çatmağımıza az qalıb”.

Rauf Hacıyev

Şərh əlavə et