Kokpit.az xatırladır ki, fransalı sürücü ilin sonunda Alpine komandasından ayrılacaq. Onun gələcəyi hələ də müəmmalıdır, amma İtaliya mətbuatı 28 yaşlı sürücünün Haas ilə danışıqlar apardığını yazıb. Həmin resurs qeyd edib ki, danışıqlar yaxşı gedir və yeni müqavilə tezliklə imzalanacaq. Deyilənə görə bu təklif Okon üçün çox cəzbedici olub. Son qərarın isə tezliklə verilməsi gözlənilir.
Belə olan halda Okonun növbəti mövsüm Haas-da Kevin Maqnusseni əvəzləməsi gözlənilir, çünki Hülkenberqin yerinə böyük ehtimalla Oliver Berman keçəcək.
Qeyd edək ki, Okonun adı həm də Sauber komandası ilə hallanır.
Şərh əlavə et