Kokpit.az bildirir ki, 21 yaşlı sürücü daha əvvəl dörd sərbəst yürüşdə iştirak edib və A522 və A523 maşınlarını sürüb. İndi isə gənc avstraliyalı cümə günü Kanadada A524-ün sükanı arxasında istedadını göstərəcək. Bu təcrübələr gənc pilotun Formula 1-ə öyrəşməsinə kömək edir.
Cek Duhən: “Birinci sərbəst yürüşlərdə Monrealda trasa çıxacağım üçün həyəcanlıyam. Jil Vilnöv trasında sürməyi səbirsizliklə gözləyirəm. Trasda daha çox vaxt keçirməyə və 2024-cü il maşınına öyrəşmək şansı verdiyinə görə komandaya təşəkkür edirəm”.
Cek Duhən düşünür ki, Monrealda ona verilən bu şans simulyator yarışlarına da əks olunacaq: “Bu, simulyatorda gördüyüm işə də kömək edəcək. Əsas məqsədim komanda üçün ən yaxşısını etməkdir. Hər iki sürücü də sessiya ərzində verilən vaxtdan maksimum yararlanmağa, test detallarını dəyərləndirməyə və trasın yeni asfalt qatını anlamağa çalışacaq”.
Qeyd edək ki, Esteban Okon ilin sonunda Alpine komandasını tərk edəcək. Buna görə də Cek Duhənin Kanadadakı performansı onun gələnilki taleyi üçün vacibdir.
Şərh əlavə et