Kokpit.az bildirir ki, Louren Stroll hazırda “yaşıllar”ı gücləndirmək üçün əlindən gələni edir. Buna görə də texniki şöbəni daha da yaxşılaşdırmaq üçün Enriko Kardileni siyahısına alıb.
Kardile hazırda Ferrari komandasının şassi və aerodinamika şöbəsinin rəhbəridir. O, son illərdə “qırmızılar”ın güclənməsində vacib rol oynayıb. Xüsusən də SF-24-ün performansı Enrikonu rəqib komandalar üçün cəzbedici edib.
Aston Martin komandasının əsas hədəfi çempionluqlar qazanmaqdır və buna görə də Lourens Stroll Ədrian Nyuini razı salmaq üçün əlindən gələni edib. Lakin Nyuinin Ferrari-yə keçmək iddiasına görə nəzərlər Kardileyə çevrilib.
Belə görünür ki, Kardile Ferrari-də rolunun azalmasından narahatdır və Aston Martin-in təklifini dəyərləndirir. Düzdür, Ədrian Nyui Ferrari komandasında ən yaxşı halda məsləhətçi kimi işləyə bilər, amma yenə də o, digər mühəndislərin işlərini kölgədə qoya bilər.
Şərh əlavə et