Xəbəri Kokpitdə Oxuyun!

Rikkardonun yeri təhlükədə deyil

Daniel bu il müntəzəm olaraq komanda yoldaşı Yuki Tsunodadan geri qalır. Lakin nə qədər qəribə səslənsə də, onunla əməkdaşlığın 2025-ci ildə də davam etdiriləcəyi bildirilir.

Kokpit.az BBC Sports-a istinadən xəbər verir ki, avstraliyalı sürücünün RB-dakı yeri təhlükədə deyil, çünki Kristian Horner onu komandada görmək istəyir. Helmut Marko isə öz növbəsində Rikkardonun yerinə Lyam Lousonun komandaya gəlməsini istəyir. Lakin Red Bull-dakı məlum qalmaqallardan sonra avstriyalı qoca mütəxəssisin təsir gücü xeyli azalıb.

Hornerin münasibəti dəyişməzsə, Daniel komandada qalacaq, Louson da onun komanda yoldaşı olacaq. Tsunodaya gəldikdə isə, başqa komandada yer tapmalı olacaq. Seçimlərə Williams, Haas və Alpine daxildir. Güman edilir ki, Yukinin bu komandalardan biri ilə müqavilə bağlamaq şansı yüksəkdir.

Daniel Rikkardo bir neçə il əvvəl peletonun ən perspektivli sürücülərindən biri olsa da, Red Bull-u tərk etdikdən sonra heç bir komandada çıxışı qənaətbəxş olmayıb. Nə Renault-da, nə McLaren-də, nə də hazırki komandasında azarkeşlərə köhnə günlərini xatırlada bilməyib.

Elçin Zodorov

Şərh əlavə et