Kokpit.az xatırladır ki, italyan mühəndis fasilələrlə 25 il Ferrari-də işləmişdi. O, artıq “qırmızılar”la yolları ayırıb. Simone qısa müddət əvvəl Mercedes ilə müqavilə imzalamışdı.
Simone Resta: “Bu gün Ferrari-də son günümdür. 2001-ci ildən 2024-cü ilə qədər burada işlədim və artıq 23 illik sevginin sonudur. Burada tayı bərabəri olmayan təcrübə yaşadım və inanılmaz insanlarla tanış oldum. Mənə inanan hər kəsə dərindən təşəkkür edirəm. Bu illər ərzində məni dəstəkləyən azarkeşlərə də təşəkkür edirəm”.
Resta yeni iş yeri Mercedes-də Ferrari-də birlikdə işlədiyi Ceyms Əllison ilə yaxından çalışacaq. O, 4 ay gözləməli olacaq və oktyabrın birində Mercedes komandasına qatılacaq.
Şərh əlavə et