Xəbəri Kokpitdə Oxuyun!

Marko daha bir namizədin adını çəkib

Red Bull-un idman müşaviri komandanın əsas pilotlarından biri ola biləcək daha bir sürücü barədə danışıb.

Kokpit.az bildirir ki, bu il ciddi problemlərlə çalxalanan çempion komandada sürücülər sarıdan da gələcəklə bağlı dəqiq danışmaq olmur – Serxio Peresin niderlandlı həmkarı Maks Ferstappendən çox geri qalması onun göndərilməsi ilə nəticələnə bilər. Eyni zamanda, “Horner işi”ndən sonra Maksın da komandada qalmayacağı iddiaları bir ara gündəmi zəbt etmişdi.

Helmut Marko: “Bu, lüks problemdir. Tsunodadan başqa yaxşı çıxış edən daha bir Honda-nın dəstəklədiyi sürücümüz var, o da Ayumu İvasadır. O, hələ bu il heç bir yarışda qalib gəlməyib və iki dəfə pis start verib, lakin çempionatda hələ də üçüncüdür.

Tsunoda və İvasa bizimlə uzunmüddətli müqavilələri olan iki yapon pilotdur, hadisələrin necə inkişaf edəcəyini görəcəyik. Ayumi F1-ə gəlmək üçün nə etməlidir? Əlbəttə, Super Formula-da çempion olmalıdır. Görək, bunu bacaracaq?”.

 

Elçin Zodorov

Şərh əlavə et