Kokpit.az xatırladır ki, Vayt uzun illər idi ki, komandada idi. O uzun illər Viri-də güc qurğusundan məsul idarəçi kimi işləmiş, 2016-cı ildən etibarən isə komandanın əməliyyatlar direktoru olmuşdu.
O, 2004-cü ildə Renault-ya gəlməişdən əvvəl Cosworth-un Formula 1 mühərriyi layihəsində işləmiş və şirkətin Ford-a aid olduğu dövrlərdə orada baş mühəndis kimi fəaliyyət göstərmişdi.
Alpine komandası bu barədə belə açıqlama verib: “Genişmiqyaslı yenilənmə dövründə Rob Vayt ilə yollarımızı ayırdığımızı sizə bildiririk. Rob Enstounda son dəfə əməliyyatlar rəhbəri kimi işləyirdi. Komanda ona həm Enstoundakı, həm də 2005 və 2006-cı illərdə çempion olduğumuzda Viridəki fəaliyyətlərinə görə təşəkkür edir. Ona gələcəkdə uğurlar arzulayırıq”.
Qeyd edək ki, Alpine daha əvvəl texniki direktor Matt Harman və aerodinamika başçısı Dirk de Bir ilə yoolarını ayırmışdı. Ümumilikdə isə son 1 ildə komandadan Loren Rossi, Otmar Safnauer, Alan Permeyn və Pat Fray ayrılıblar.
Şərh əlavə et