Xəbəri Kokpitdə Oxuyun!

Pirelli yeni tərkib üzərində işləyir

İtalyan təchizatçı 2025-ci il üçün daha yumşaq olan C6 tərkibini hazırlayır və Monako və Sinqapur kimi yavaş şəhər traslarınd istifadə üçün nəzərdə tutulub.

Kokpit.az xəbər verir ki, bu təkərlərin ilk sınaqları artıq bugünlərdə Ferrari ilə Pol Rikar trasında baş tutub.

Mario İzola: “İdeya təqvimdə şəhər yarışları artdığı üçün ortaya çıxıb. Yumşaq təkərlərin çeşidini genişləndirəcəyik və həddən artıq qızmanın qarşısını almağa çalışacağıq. Ən böyük problem həddən artıq isinmə və deqradasiya arasındakı düzgün tarazlığı tapmaqdır. Bir neçə gün əvvəl C6-ları Pol Rikarda sınaqdan keçirdik. Bu, ilk cəhd idi, lakin məqsəd bu istiqamətdə hərəkət etmək və gələn il 6 tərkib təqdim etməkdir.

Bu təklif təqvimə girən yarışları nəzərə alaraq bizdən gəlib. Əsas çalışdığımız məsələ tək pit-stoplu strategiyalardan uzaqlaşmaq və yarışlarda ən azı 2 dəfə təkər dəyişmə görməkdir. Komandalar isinməyə qaşrı daha həssas təkərlər istəyiblər və biz də daha yumşaq tərkiblər hazırlamağa məcbur olmuşuq. İsinmə problemini aradan qaldırsaq, o zaman təkərlərin ömrü uzanır və yenə bir dəfə təkər dəyişmək kifayət edir. Buna görə də, ən idealı tərkibləri yumşaltmaqdır”.

Elçin Zodorov

Şərh əlavə et