Kokpit.az bildirir ki, bu dəfəki rekordlar sürətli dövrələrlə bağlı olub. Britaniyalı sürücü alman sabiq həmkarının bir komandada ən çox sürətli dövrə vurmaq rekordunu təzələyib – 54. Şumaxer Ferrari ilə bu uğura 53 dəfə imza atıb.
Lyuis Monakodakı sürətli dövrəsi ilə ardıcıl mövsümlərdə bunu bacarmaq rekordunu təkrarlayıb – Mercedes sürücüsü ardıcıl 14 mövsümdür ki, ən azı bir dəfə bunu edə bilir. Lakin Həmiltonun karyerasında sürətli dövrə vurduğu mövsümlərin sayı artıq 17-dir və bu sahədə də rekordu Mixaelin əlindən alıb…
Həmiltonun karyerasındakı sürətli dövrə sayı isə Şumaxerkindən 11 ədəd azdır – müvafiq olaraq, 66 və 77.
Şərh əlavə et