Xəbəri Kokpitdə Oxuyun!

Ferrari növbəti yenilikləri Silverstouna gətirəcək

Ferrari komandası növbəti böyük yenilik paketini Silverstoun yarışına gətirəcək. 

Kokpit.az xatırladır ki, “qırmızılar” İmola və Monakodakı yarışlar üçün çoxlu yeniliklər hazırlamışdı. Düzdür, Karlos Sayns yeniliklərdən razı deyili, amma əksəriyyət düşünür ki, italyanlar bu yeniliklərlə irəliyə doğru addım atıblar.

Ferrari İspaniya yarışında yeniliklərin xüsusiyyətini anlamağa çalışacaq, amma digər tərəfdən yeniliklər üzərində də işləyirlər. İtaliya mətbuatı xəbər verir ki, Ferrari-nin növbəti yeniliyi irimiqyaslı olacaq.

Ferrari yenilikləri iyulun 5-7-də təşkil ediləcək Britaniya Qran Prisində təqdim edəcək. İddialara görə yeniliklər bolidin sıralanma turundakı performansına müsbət təsir edəcək. Hazırda SF-24 sıralanma turunda elə də yaxşı deyil və Ferrari-nin növbəti hədəfi bunu düzəltməkdir. Komanda Silverstoundan sonra da yeniliklər gətirəcək, ancaq bunlar kiçik yeniliklər olacaq”.

Rauf Hacıyev

Şərh əlavə et