Kokpit.az xatırladır ki, ispaniyalı sürücü ilə Audi və Williams komandaları yaxından maraqlanırlar. Britaniya mətbuatı xəbər verir ki, Sayns artıq Williams ilə razılaşıb.
Co Savard: “Monakoda sürücü bazarı çox müzakirə olundu və orada dəqiqləşdi ki, Sayns nə Mercedese nə də Red Bull-a gedəcək. Mercedes Kimi Antonelliyə köklənib və Red Bull da Serxio Peresi saxlayacaq, çünki o, Maks Ferstappeni narahat etmədən işini görür. Lakin Peres qəza etsə və Sayns Mühəndislər Kubokunda Ferrari-nin Red Bull-la fərqi azaltmasına kömək etsə, onda ispaniyalı sürücü Red Bull-un radarına düşər. Bu da inandırıcı görünmür.
Williams 2026-cı ildə Mercedes motoru ilə yarışacaq və buna görə də qısa müddətdə Audi-dən daha yaxşı seçim kimi görünür. Komanda ona yeni nəsil motorların necə işlədiyini göstərmək üçün ikiillik qısa müqavilə təklif edə bilər və sonra bu müqavilə uzadıla bilər. Belə təklifi qəbul etməmək isə məntiqsizlik olar. Sayns əgər bu təklifə razılıq versə növbəti ay İspaniya Qran Prisindən əvvəl açıqlama verilə bilər”.
Şərh əlavə et