Kokpit.az xatırladır ki, Red Bull komandası mövsümə əla başlamış və ilk yarışlarda ardıcıl qələbələrlə bunu isbatlamışdı. Lakin son 3 yarışda “Qırmızı Öküzlər” özlərinə bənzəməməyə başlayıblar. Hazırda McLaren və Ferrari inkişaf edib və Mayami, Monako kimi yarışlarfa Red Bull-u üstələyə biliblər.
Yos Ferstappen: “Red Bull-un hegemonluğu artıq geridə qaldı. Məncə, lazımsız şeylər barədə düşünməkdənsə, yarışa və öz aralarındakı komunikasiyaya köklənməlidirlər.
Red Bull-un güclü olacağı yarışlar da gələcək, amma mənə maraqlıdır ki, indiki problemi necə həll edəcəklər. Red Bull oyanmalıdır, çünki Ferrari və McLaren aradakı fərqi bağlayır. Maks indiyə kimi vəziyyəti kompensə etsə də, Serxio Peres geridə qalır”.
Şərh əlavə et