Kokpit.az xatırladır ki, monakolu sürücü vətənindəki Monako yarışının ən böyük favoritlərindən idi. O, daha əvvəl burada qalib gələ bilməmiş, ümumilikdə isə son qələbəsini 2022-ci ildə almışdı. Lakin 25 yaşlı sürücü şənbə günü Monte Karloda poul alıb və yarışda bu mövqeyini qoruyaraq, yarışı qazanıb.
Şarl Lekler: “Bunu heç bir sözlə izah etmək olmaz. Çox çətin yarış idi. Burada daha əvvəl iki dəfə poul qazanıb, yarışda qalib gələ bilməməyim bunu çox yaxşı açıqlayır. Sözün açığı qələbə çox vacib idi. Bu yarış mənim Formula 1 sürücüsü olmaq xəyallarımın səbəbidir.
Finişə 15 dövrə qalmış ümid edirsiniz ki, heç nə olmasın və emosionallaşırsınız. Atam burada yarışmağım üçün hər şeyini verdi və burada yarışıb qalib gəlməyim bizim üçün xəyal idi. Buna görə çox emosionalam”.
Şərh əlavə et