Xəbəri Kokpitdə Oxuyun!

O.Piastri: İkinci yerdən razıyam

McLaren komandasının sürücüsü Oskar Piastri bildirib ki, Monakoda qazandığı ikincilikdən razıdır. 

Kokpit.az xatırladır ki, avstraliyalı sürücü Monako yarışını başladığı – ikinci yerdə bitirib.

Oskar Piastri: “Çətun yarış idi. Startda tempimiz çox yavaş idi. Tüneldən əvvəl hücum etmək istədim, amma maşınım boşluğa sığmadı. Komandama təşəkkür edirəm. Hər yönü ilə əla həftəsonu oldu. Son həftələrdə güclü idim, amma bunu göstərəcək nəticəm olmurdu. Buna görə də podiuma çıxmaq gözəldir. Sözün açığı, ikinci yerə görə çox sevinirəm. Doğrudan da çox xoşbəxtəm. Şarl bütün həftəsonu ərzində əla idi. Birinci dövrədən etibarən çox sürətli idilər”.

Rauf Hacıyev

Şərh əlavə et