Xəbəri Kokpitdə Oxuyun!

K.Sayns: Monakoda ötmə etmək mümkünsüzdür

Ferrari komandasının sürücüsü Karlos Sayns bildirib ki, podiumu komanda yoldaşı Şarl Leklerlə bölüşdüyü üçün çox sevinclidir. 

Kokpit.az xatırladır ki, ispaniyalı sürücü startdan sonra ikinci yer uğrunda Piastri ilə mübarizə apararkən təkəri deşilib və ilk döngəni dönə bilməyib. Bundan sonra elə görünürdü ki, hər şey Sayns üçün bitib, lakin arxa tərəfdə iki Haas sürücüsü ilə Peresin insidentinə görə qırmızı bayraqlar çıxıb və işlər Ferrari sürücüsünün lehinə dönüb. Restartdan sonra isə Sayns üçüncülüyünü qoruyaraq, mövsümdə növbəti podiumunu bayram edib.

Karlos Sayns: “Sıx yarış idi və ilk dövrədə pis vəziyyətdə qaldıq, amma qırmızı bayraqdan sonra üçüncü yerə qayıda bildik və hər şey düzəldi. Ondan sonra yarış tempimiz gözlədiyimiz kimi idi. Monakonun küçələrində ötmə mümkünsüzdür. Amma Şarlın öz vətənində qalib gəlməsinə çox sevindim. Vu podiumu onunla paylaşmağım bütün komanda üçün əladır və hiss edirəm ki, getdikcə güclənirik”.

Rauf Hacıyev

Şərh əlavə et