Xəbəri Kokpitdə Oxuyun!

K.Sayns: Məqsədimiz Leklerə qələbə qazandırmaqdır

Ferrari komandasının sürücüsü Karlos Sayns bildirib ki, Monakoda əsas hədəfləri Şarl Leklerə qələbə qazandırmaq olacaq. 

Kokpit.az xatırladır ki, Monakoda yerli qəhrəman Şarl Lekler poul qazanıb. Komanda yoldaşı Karlos Sayns isə üçüncü yerlə barışıb.

Monakolu sürücü burada daha əvvəl iki dəfə poul qazansa da, ikisində də qələbə ya da podium qazana bilməyib. Ferrari-nin Monakodakı son qələbəsini isə 2017-ci ildə Sebastyan Fettel qazanıb.

Karlos Sayns: “Mənim üçün əla gün oldu. Bütün həftəsonu inam və maşını hiss etmə cəhətdən problem yaşadım. Buna görə də üçüncü olmaqla irəliyə doğru addım atdım.  Tam olaraq sevinə bilmirəm, çünki poul uğrunda mübarizə aparmaq istərdim, amma reallıq budur ki, Şarl möhtəşəm iş gördü. Bolid həftəsonu ərzində əla idi və bundan çox yaxşı istifadə etdi. Onun adına çox sevinirəm.

 

Yarış tempində sürətli görünürdüm. Bəzi səbəblərə görə sıralanma tempində çətinlik çəkirdim, amma yarış tempim yaxşı idi. Sabah yarış tempində güclü olacağımıza əminəm. Heyif ki, daha yaxşı yer qazana bilmədik.

Bura Monakodur. hər şey ola bilər və biz də əlimizdən gələnin ən yaxşısını edəcəyik. Əsas məqsədimizi yarışda Şarlla birlikdə qazanmaq olacaq”.

 

Rauf Hacıyev

Şərh əlavə et