Kokpit.az xatırladır ki, Niko Hülkenberq sıralanma turunda 12-ci olub. O, sessiya vaxtı Esteban Okonu əngəllədiyi üçün araşdırılıb, amma cəza almayıb.
Ancaq sıralanma turundan sonra məlum olub ki, hər iki Haas bolidində arxa qanadın xarici qismində iczaə verilən maksimum hədd 85 mm- aşıb və bu da əlavə DRS açıqlığı deməkdir.
FİA-nın texniki nümayəndəsi Co Bayer təhlillərdən sonra belə açıqlama verib: “20 və 27 nömrəli maşınları arx qanadlarının üst tərəfində sazlanan hissə yoxlanılıb. Burada LHS və RHS bölgələri hər iki maşında da icazə verilən 85 millimetri aşıb.
Bu hal qaydalara zidd olduğundan stüardlar tərəfindən dəyərləndiriləcək”.
Stüardlar isə bu halı yenidən təhlil ediblər və hər iki pilotu da sıralanma turundan diskvalifikasiya ediblər. Haas komandası da öz səhvini qəbul edib. Bu qanad ilk dəfə Monakoda istifadə olunurdu.
Bu cəzadan sonra Haas komandasının sürücüləri yarışa pit yolundan başlayacaqlar.
Şərh əlavə et