Kokpit.az xəbər verir ki, avtomobil 1930-cu illərin əvvəllərində Bugatti tərəfindən istehsal edilən və kolleksiyanın əşyasına çevrilən Type 55 rodsterinə həsr olunub.
Bugatti Type 55 modelini 1931-ci ildə Paris avtosalonunda təqdim edib. Bu avtomobil Type 51 yarış avtomobilinin yol versiyası idi və brendin yaradıcısı Ettorenin oğlu Jan Bugatti tərəfindən dizayn edilib. İstehsalı sürücü və sərnişin qapılarının olmaması ilə seçilən cəmi 38 ekzemplyar ilə məhdudlaşıb.
Type 55-in istehsalı 1935-ci ildə başa çatıb və təxminən 90 il sonra Bugatti Sur Mesure onun şərəfinə Chiron Super Sport ’55 1 of 1 adlı cəmi bir ədəd istehsallı model buraxıb. Sarı və qara rəngli liveriya Molyuzdakı Milli Avtomobil Muzeyində saxlanılan ən yaxşı qorunan Type 55-in rənglərini izləyir. Bundan əlavə, avtomobilin yaradıcısı Jan Buqattinin xatirəsinə onun avtoqrafı da maşına yerləşdirilib.
Xatırladaq ki, Bugatti hazırda Chiron-u əvəz edəcək yeni avtomobil hazırlayır. Avtomobil tamamilə yeni mühərrik alacaq və artıq kamuflyaj boyası ilə sınaqlarda görünüb. Eyni zamanda şirkət bir müddət əvvəl bildirib ki, Chiron modelinin standart istehsalını dayandırıb və yalnız xüsusi versiyalarını buraxır.
Şərh əlavə et