Xəbəri Kokpitdə Oxuyun!

O.Piastri: İlk cərgədən başlamaq əladır

McLaren komandasının sürücüsü Oskar Piastri bildirib ki, Monako Qran Prisinə ilk cərgədən başladığı üçün sevinclidir. 

Kokpit.az xatırladır ki, Piastri poul uğrunda favoritlərdən olsa da, o, yerli publikanın qəhrəmanı Şarl Leklerdən sadəcə 0.1 saniyə geridə qalaraq, ikinciliyə razı olub.

Oskar Piastri: “Məncə, üçüncü sessiyadakı ilk cəhdimin ikinci hissəsini və ikinci cəhdimin ilk hissəsini alsaydınız, bəs idi. Sonda bir neçə səhv etdik, amma Şarla halal olsun. Bütün həftəsonu ərzində sürətli idi. Mən düşündüm ki, bəzi nöqtələrdə ona çata bilərik.
Yarışa ilk cərgədən başlamaq əladır və bunu etmək üçün çox gözəl rəng çalarına sahibik. Nə qədər pozitiv olmaq istəsəm də, burada ötmə etmək çətindir. Sanah yaxşı yerdən başlayırıq və yaxşı gün keçirə bilərik”.

Rauf Hacıyev

Şərh əlavə et