Xəbəri Kokpitdə Oxuyun!

Lekler sıralanma turu öncəsi iddiasını göstərib

Monakoda bu həftəsonu əsl yarış bayramıdır. Havanın gözəl olması da əhvalları yüksəldir. Bu gün asfaltın temperaturu 50 dərəcəyə çatıb.

Kokpit.az bildirir ki, son məşqlərdə komandalar sazlanmaları dəqiqləşdiriblər və sıralanma turuna hazırlaşıblar – həftəsonunun ən həlledici sessiyası məhz təsnifatdır.

Sürücülər əvvəlcə ən yumaq təkərlərə qənaət etmək üçün Hard və Medium təkərləri seçiblər. Sonlara doğru isə Soft-lara keçiblər. 12-ci dəqiqədə Bottasın Raskaşdakı qəzası qırmızı bayrlaqlara səbəb olub. Onun arxasınca gedən Həmilton da maşını saxlamalı olub. Valtteri üçün sessiya başa çatıb. Maşın sürətlə təxliyə edilib və yaşıl bayraqlar dalğalanıb.

Maqnussen Miraboda yerində fırlanıb, lakin yoluna davam edib. Tıxac yenə də sürücülərə mane olub. Həmilton təkərlərini bloklayaraq təhlükəsizlik cibinə girib. Piastri də eyni səhvə yol verib.

Sürücülərin tuneldə sürəti azaldaraq önündə boşluq yaratmaq istəyi stüardlar tərəfindən təhlükəli hərəkət kimi qiymətləndirilib. Sessiyada başqa ciddi insident baş verməyib.

Sürətli dövrə bu dəfə də Şarl Leklerdən gəlib – 1:11.369. Bizi çox maraqlı bir sıralanma turu gözləyir…

Elçin Zodorov

Şərh əlavə et