Xəbəri Kokpitdə Oxuyun!

S.Peres: Ferrari əlçatmazdır

Red Bull komandasının sürücüsü Serxio Peres bildirib ki, hazırda Ferrari əlçatmazdır.

Kokpit.az xatırladır ki, Şarl Lekler cümə sərbəst yürüşlərində ən yaxın rəqibi Lyuis Həmiltona 0.2 saniyə fərq ataraq, birinci olub. Red Bull isə cümə gününü heç də ideal keçirməyib və trasdakı qabarlarla mübarizə aparıb. Red Bull komandasının sürücüsü iki sərbəst yürüşdə müvafiq olaraq 12 və 8-ci yerləri tutub.

Serxio Peres: “Hazırda Ferrari əlçatmazdır. Məncə, doğrudan da güclüdürlər və nə vaxt sürətli dövrə vurmaq istəsələr, bunu asanlıqla edirlər. Ehtiyac olanda sürətli dövrə vura bilmək, təkərlərlə və başqa nüanslarla mübarizə aparmamaq burada vacib üstünlük verir. Hazırda çox güclü görünürlər”.

Rauf Hacıyev

Şərh əlavə et