Xəbəri Kokpitdə Oxuyun!

Ş.Lekler: Monako spesifik trasdır

Ferrari komandasının sürücüsü Şarl Lekler inanır ki, yeniliklərin hesabına Monakoda güclü olacaqlar.

Kokpit.az bildirir ki, yeniliklər İmolada gözlənilən effekti verməmiş və “qırmızılar” bu yarışda əsas rəqiblərindən geridə qalmışdılar.

Şarl Lekler: “Monako o qədər spesifik trasdır ki, buraya gələndə hər şeyi unutmalısınız. Ancaq əminəm ki, güclü olacağıq.

Monako mənim üçün çox xüsusidir. İndiyə kimi burada yaxşı yarışımın olmadığı doğrudur. Ancaq tempim yaxşı olub və inanıram ki, bu il yenə tempimiz güclü olacaq.

İmoladakı yeniliklər yaxşı işlədi və bu yaxşı xəbərdir. Məlumatlara görə bolid gözləntiləri qarşıladı və bu, yaxşı haldır.

Bəzi səbəblərə görə İmolada sıralanma turunda McLaren və Red Bull-a nisbətdə fərqli güc strategiyası seçdik. İkinci döngədə isə hər şeyi itirdik. Maks da hava kisəsi aldı. Ancaq bunları təhlil edəcəyik, çünki belə traslarda sıralanma turu çox vacibdir. Red Bull, McLaren və bizim aramızda onda bir saniyə fərqlər varkən hər şeyi düzgün etməliyik”.

Rauf Hacıyev

Şərh əlavə et