Kokpit.az xatırladır ki, Aston Martin-in Mayamiyə gətirdiyi altlıq, ön qanad və diffuzor bolidin inkişafına heç bir qatqı verməyib. Xüsusən də İmolada…
Alonso üçüncü sərbəst yürüşlərdə qəza edib. Lakin komanda çevik işləyərək sıralanma turuna qədər maşını düzəldə biliblər. Lakin ikiqat Dünya Çempionu sıralanma turunun birinci sessiyasında pitə çağırılıb və yenidən trasa qayıtmayaraq, sessiyanı vaxtından əvvəl tərk edib.
Komanda boliddə dəyişikliklər etdikdən sonra Alonso yarışa pit yolundan başlayıb və sonda xalsız qalıb. Ləns Stroll isə sadəcə 2 xal yığa bilib.
Mayk Krak: “İmolada bizim başladığımız yerdən start almaq çətindir. İki xal qazandıq və çox yaxşı nəticə idi. Bu göstərir ki, maşında potensial var. Ancaq maşını sürmək çətindir. Həftəsonu ərzində bir neçə dəfə problem yaşadıq. Əslində bizə ən çox təsir edən şənbə günü olan səhv idi. Ondan sonra gerilədik. Daha çox şey öyrənmək istədik və buna görə də pit yolundan başlayaraq, maşında bəzi şeyləri dəyişdirdik.
İki xaldan razı deyilik və bu çox açıqdır. Ancaq rəqiblərimiz də yeniliklər gətirirlər. Buna görə də hər şey göz önündədir. Məncə, bir komandadan başqa hamının inkişaf proqramı var. Bu da peletonun nə qədər rəqabətədavamlı olduğunu göstərir”.
Şərh əlavə et