Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, bolidib Monakoda üzləşdiyi problemləri həll etmək çətin olacaq.
Kokpit.az xatırladır ki, niderlandlı sürücünün bolidi sessiya boyu hoppanıb. Maks Ferstappen bildirib ki, bu hoppanmaya görə başı ağrıyıb: “Realda nə baş verdiyini sizə izah etmək çox çətindir.
Əslində gözləsəm də, bu həftəsonu heç də yaxşı vəziyyətdə deyilik. Bura doğrudan da çox çətindir. Trasda çoxlu qabar və yeni porebriklər var. Çox vaxt itiririk, çünki bolid yaxşı performans göstərmir və bu da sürətli getməyimizə əngəl olur. Bu problemlər üçün qəti həll yolu bilmirik.
İmola tamamilə fərqli idi. Sazlanma ilə həll edə biləcəyimiz problemlər var idi. Buradakı problemləri sazlanma ilə həll edə bilmərik, çünki bolid belə dizayn edilib.
Belə şeyləri bir gecədə dəyişdirə bilmərik. Bolidi daha yaxşı vəziyyətə gətirməyə çalışırıq, amma heç bir möcüzə gözləmirəm”.
Şərh əlavə et