Kokpit.az bildirir ki, buna səbən Williams komandasının rəhbəri Ceyms Vavlsın başqa sürücülərlə danışıqlar aparmasıdır. Vavls açıq-aydın bildirib ki, Sarcent yerini itirmə təhlükəsi ilə üz-üzədir.
Əslində komanda digər sürücüsü Aleks Elbon ilə bu həftənin əvvəlində müqaviləni uzatmışdı. Lakin taylandlı sürücünün 2025-ci ildəki komanda yoldaşının kimliyi məlum deyil.
Alpine komandasının sürücüləri Esteban Okon və Pyer Qasli, Sauber-dən Valtteri Bottas bu yer üçün real namizəddirlər.
Lakin bəzi iddialara görə Loqan Sarcent elə bu mövsümün ortasında komandadan qovulacaq və onu gənc Kimi Antonelli əvəz edəcək.
Ceyms Vavls: “Onunla birbaşa söhbət etdik. Risk altında olduğu bəsit reallıqdır. Daha yaxşı performans göstərməlidir. Ona kömək edirəm və istəyirəm ki, uğurlu olsun. Eyni zamanda başqa sürücülərlə də danışıqlar aparırıq, çünki 2025-2027-ci illər üçün düzgün komanda qurmalıyıq. Hazır olanda sizin də xəbəriniz olacaq. Bir neçə həftəyə bu barədə xəbərlər görəcəksiniz”.
Ceyms Vavls bildirib ki, onlar mövsümün ortasında Loqan Sarcenti başqa sürücü ilə əvəzləmək istəmirlər: “Bu mövsüm barədə yox, növbəti mövsüm barədə danışıram. Mən gələcəkdəli təməlləri yaratmaqla bağlı deyirəm”.
Şərh əlavə et