Bunun şərəfinə Vokinqdə yarış maşınlarının xüsusi rəngləri ilə yanaşı, McLaren Senna idman avtomobilinin Braziliya bayrağının rənglərinə boyanmış və arxa qanadda pilotun portreti olan xüsusi versiyası yaradılıb.
Bundan əlavə, sportkarın arxa qanadı yarışçının adı ilə bəzədilib, kapot və son lövhələrdə Sennanın loqoları yerləşdirilib. Üstəgəl, qapıda yarışçıdan bir sitat həkk olunub: “Mənim kumirim yoxdur. Mən əməyə, fədakarlığa və məharətə pərəstiş edirəm” sözləri, eləcə də onun avtoqrafı yer alıb.
McLaren Senna 2017-ci ilin dekabrında təqdim edilib və indiyə qədər yol maşınları arasında ən ekstremal McLaren hesab olunur. Üstəlik, sınaqlar zamanı fəal şəkildə istifadə edilən layihə üçün istehsaldan əvvəlki prototipdən istifadə edilib.
McLaren Senna-nın kapotunun altında 799 at gücünə malik 4 litrlik tvin-turbo V8 mühərrik var. Avtomobil 100 km/saata 2,8 saniyəyə sürətlənir, maksimal sürəti isə 340 km/saatdır.
Xatırladaq ki, bu il Ayrton Sennanın ölümünün 30 illiyi tamam olsa da, braziliyalı hələ də Monako Qran Prisində qələbələrin sayına görə rekorda sahibdir. Bir az əvvəl, yubiley üçün Ducati braziliyalının şərəfinə motosiklet yaratmışdı…
Şərh əlavə et