Kokpit.az bildirir ki, italyan mühəndis İmola yarışına qonaq kimi gəlmiş və sabiq həmkarları ilə söhbət etmişdi.
Mattia Binotto son dəfə Ferrari komandasının rəhbəri kimi 2022-ci ilin Əbu Dabi yarışına çıxmışdı. Ondan sonra icbari gözləmə müddətinə görə gözləməli olmuşdu. Lakin artıq bu müddət bitmək üzrədir.
İtaliya mətbuatının verdiyi xəbərə görə Mattia Binotto keçən həftəsonu Aston Martin-in qonaq otağında olub və burada komandanın sahibi Lourens Stroll ilə danışıqlar aparıb.
Bəzi iddialara görə Lourens Stroll təcrübəli mühəndisi komandasında görmək istəyir.
Qeyd edək ki, bundan əvvəl Binottonun adı Audi və Alpine ilə hallanmışdı. Artıq Binottonu transfer etmək istəyən komandalar siyahısına Aston Martin də əlavə olunub. Mattianın kimi seçəcəyi isə hələ də müəmmalıdır.
Şərh əlavə et