Xəbəri Kokpitdə Oxuyun!

F.Vassyör: Monako müəmmalıdır

Ferrari komandasının rəhbəri Frederik Vassyör növbəti Monako yarışı üçün təmkinlidir.

Kokpit.az xatırladır ki, Ferrari ev yarışı olan İmolaya yeniliklərlə gəlsə də, həm sıralanma, həm də yarış tempində əsas rəqiblərinə uduzublar. Yekunda Lekler yarışda üçüncü, Sayns isə beşinci yerləri tutublar.

Frederik Vassyör isə düşünür ki, yenilikləri Kanadada dəyərləndirə biləcəklər, ammq Monako yarışı əsl müəmmadır: “Əgər Monakoda yaxşı iş görsək, qəbul edərəm. Kanada isə fərqli və sürətli trasdır. Fərqli döngə növlərini, fərqli orta və minimum sürətləri nəzərə alanda vəzityəti daha yaxşı anlayırsınız.

Monako barədə bir söz demək çox çətindir. Bir onu deyə bilərəm ki, iki sürücüm də motivasoiyalıdır və Monakoda həmişə rəqabətədavamlı olmuşuq. Amma yenə də proqnoz vermək çox çətindir.

Monakodakı döngələri başqa döngələrlə qarışdırmaq olmaz. Asfaltla ilişmə fərqlidir və tək məsələ döngə sürəti deyil. Buna görə də ehtiyatlı olmalıyıq”.

Rauf Hacıyev

Şərh əlavə et