Kokpit.az xatırladır ki, avstraliyalı sürücü İmola yarışına beşinci yerdən başlayıb. O, startda yüksələ bilməyib və ilk pit-stopa qədər Karlos Saynsın diffuzorunda gedib. Buna baxmayaraq gənc sürücü bir dəfə də olsun hücum edə bilməyib.
Vəziyyətin belə olduğunu anlayan McLaren komandası Oskarı erkən pit-stopa çağırıb və bu strategiyanın hesabına Piastri rəqibi Saynsı geridə qoyaraq, yarışı dördüncü yerdə bitirib.
Oskar Piastri: “Yarışda ötmə etmək çox çətin idi. Demək olar ki, mümkünsüz idi. Əlimdən gələnin ən yaxşısını etdim. Karlosu keçmək istərkən arxasında 20 dövrə vurdum, amma çata bilmirdim.
DRS zonası bu il qısa idi. Ümid edirəm ki, daha uzun edirlər. Yarışın qalanı isə çox darıxdırıcı keçdi. Məncə, yarışda ən yaxşı nəticəni qazandıq, amma sürətli olduğumuzu bu nəticə bir az pisdir”.
Oskar Piastri nəticədən narazı olsa da, göstərdiyi performansdan razıdır: “Son iki həftəsonu komanda üçün çox yaxşı idi, amma eyni zamanda mənim üçün yaxşı idi, çünki mən də əla yarışdım. Göstərdiyim performansdan razıyam. Təbii ki, daha yaxşı nəticələr almaq istəyirəm. Ancaq doğru işlər görsəm, yaxşı nəticələrin gələcəyinə əminəm. Qələbə uğrunda yarışa biləcəyimizi düşünsək, həyəcanvericidir”.
Şərh əlavə et